“Turan Tovuz” klubunun baş məşqçisi Nizami Sadıqov Azərbaycan kubokunun 1/8 finalında “İnter”ə uduzduqları oyundan (1:3) sonra fikirlərini bildirib. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, keçirdiyi mətbuat konfransında deyib: “Komandalar arasında fərq böyükdür. Çatışmazlıqlarımız var. Bütün bunlar elita klubları ilə oyunda daha aşkar görünür. Biz bu gün mübarizə aparsaq da, səhvlərimiz vardı. Onları aradan qaldırmağa çalışacağıq”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.