Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan "Borussiya" (Dortmund) və PAOK Almaniyada üz-üzə gəlib.
Matçın taleyini bir qol həll edib.
Robert Makın vurduğu qol PAOK-a minimal hesablı qələbə qazandırıb - 1:0. Bu məğlubiyyət "Borussiya"nı qrup ikincisi edib. "Krasnodar" isə qrup lideri kimi 1/16 finala adlayıb.
Qeyd edək ki, tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynayan "Qəbələ" turniri 2 xalla başa vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.