banner
banner

İdman

Xavi Hernandezdən yeni rekord

Xavi Hernandezdən yeni rekord

“Barselona”nın futbolçusu Xavi Hernandez karyerasında yeni rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, ÇL-ın qrup mərhələsində PSJ ilə oyunun 69-ci dəqiqəsində meydana çıxan ispaniyalı yarımmüdafiəçi sözügedən turnirdə ən çox oyun keçirən Raul Qonzalesin rekordunu qırıb.

PSJ-yə 2:3 hesabı ilə məğlub olduqları qarşılaşma 34 yaşlı futbolçunun ÇL-da 143-cü oyunu olub. R.Qonzales isə 142 dəfə bu turnirdə forma geyib.


1998-ci ildə Lui Van Qalın rəhbərliyi altında ÇL-da debüt edən təcrübəli pleymeyker daha əvvəl Paolo Maldini (140), İker Kasilyas (141) və Rayan Giggzi də (141) geridə qoyub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.