banner
banner

İdman

Cavid Hüseynov Maşallah Əhmədovla eyni kamerada saxlanılır

Cavid Hüseynov Maşallah Əhmədovla eyni kamerada saxlanılır
Dələduzluq ittihamına görə həbs edilən veteran futbolçu Maşallah Əhmədov ilə jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı cinayət işi çərçivəsində həbs edilən “Qəbələ”nin eks-kapitanı Cavid Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasında eyni kamerada qalır. Bu barədə “Futbol +” qəzeti məlumat yayıb. 
Qeyd edək ki, M. Əhmədovun  külli miqdarda dələduzluqda təqsirləndirilərək dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
“Qəbələ” və Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov isə jurnalist Rasim Əliyevin öldürülməsini bilirək cinayəti gizlətmə maddəsində təqsirləndirilir. O, avqustun 11-də həbs edilib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.