"Dəstəyə görə azarkeşlərə təşəkkürümü bildirirəm. Bilirdik ki, çətin oyun olacaq. "Inter” bizə standart vəziyyətlərdən ağır anlar yaşatdı. Rəqibin oyununa bələd idik". Bunu "Inter”lə keçirilmiş oyundan sonra "Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.
A.Şükürov yeni transfer Elvin Məmmədovun ilk rəsmi oyunda meydana çıxmasını şərh edib: "Elvin Məmmədovu tanıyırdıq. O. "Qarabağ”da oynayıb və milli komandanın üzvüdür. Onun qış hazırlığını necə keçdiyini bilirdik. Bizdən öncə "Qarabağ”ın düşərgəsində olub. Elvin meydana çıxmaq üçün hazır idi”.
Qeyd edək ki, "Zirə” – "Inter” oyunu 2:1 hesabı ilə başa çatıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.