banner
banner

İdman

"Qəbələ" "İnter"lə oyunun hazırlığına başladı

"Qəbələ" "İnter"lə oyunun hazırlığına başladı

“Qəbələ” Topaz Premyer Liqasının XX turunun “İnter”lə oyununun hazırlıqlarına başlayıb.

XIX turun yanvarın 30-da keçirilən “Kəpəz”lə səfər qarşılaşmasından (0:3) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda hazırlıq keçib.

 Məşq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun futbolçuları əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Zədədən sonra hazırlıqlara qatılan Ruslan Abışov fərdi məşqlə kifayətlənib. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.

Xatırladaq ki, “İnter” – “Qəbələ” oyunu fevralın 7-də keçiriləcək. “İnter Arena”da baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.