|
Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Tolunay Kafkas istefa verib. Buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub. Komandanın superliqanın geridə qalan 23 turundan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşmasından narazı olan rəhbərlik Kafkasın istefasını qəbul edib. 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Qeyd edək ki, Kafkas Kayseri təmsilçisi ilə 2015-ci ilin iyul ayında 2 illik müqavilə imzalayıb. Cia.az
|


