Orxan Sadıqlı: "İKK-dır, PKK-dır, nədir, hamısı baxsın!"
"Hamınız hakimi gördünüz. Penaltidən qabaqkı epizoda hamı baxsın. Bütün Azərbaycan baxsın. Özüm də baxacağam. Görsünlər ki, İbrahim Qədirzadəyə qarşı qayda pozuntusu var idi, yoxsa...". Bunu jurnalistlərə açıqlamasında "Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı "Neftçi" ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra deyib. 23 yaşlı qolkiper bildirib ki, "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyunda komandasının əziyyəti hədər gedib: "Belə olmaz da... "Neftçi" bizi yalnız bu cür uda bilər. Sürünə sürünə. Belə futbol oynamazlar, belə hakimlik də etməzlər. Zəhmət çəkirik. Lənkəranda açıq futbol oynadıq, 3:2 hesabı ilə qalib gəldik. Düzdür, qol buraxmaya da bilərdik, hamımızın səhvi oldu. Amma buradakı oyunda ilk yarını qolsuz başa vursaq da ikinci hissədə... Qoy, bir daha o epizoda baxsınlar. Xaqani Məmmədov başda olmaqla, kim var orda, İKK-dır, PKK-dır, nədir, hamısı. Uşağı tapdalayırlar, hakim fiti ağzına aparır, çalmır. Niyə çalmırsan? Niyə uşağın haqqına girirsən? Kim onun cavabını verəcək? Heç kim Allah qarşısında cavab verə bilməyəcək. Bu dünyada verəcəksənsə, o dünyada verə bilməyəcəksən".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.