|
Portuqaliya millisinin və "Monako"nun futbolçusu Fabio Koentrau "Avro-2016"nı buraxacaq. Ombasından zədələnən 28 yaşlı müdafiəçinin əməliyyat olunacağı bildirilib. Bu səbəbdən o, 3-6 ay yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, F.Koentrau bu mövsüm oynadığı 15 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib. Cia.az
|


