|
Türkiyə superliqasında 30-cu turun daha bir oyunu keçirilib. Qol.az-ın məlumatına görə, "Qaziantepspor" evdə "Gənclərbirliyi"ni qəbul edib. Fasiləyə 0:1 hesabı ilə geridə yollanan meydan sahibləri ikinci hissədə də məğlubiyyətdən xilas ola bilməyib - 1:3. Qeyd edək ki, bu qələbədən sonra xalını 41-yə yüksəldən "Gənclərbirliyi" turnir cədvəlinin 9-cu, "Qaziantepspor" isə 32 xalla 14-cü pilləsində qərarlaşıb. 25 aprel Türkiyə superliqası, 30-cu tur "Qaziantepspor" - "Gənclərbirliyi" - 1:3 Cia.az
|


