banner
banner

124 min peyğəmbər, yoxsa 124 min səhabi ?

124 min peyğəmbər, yoxsa 124 min səhabi ?
Yazar: Ağababa İbrahimov

SƏHABİ kimə deyilir?
Məhəmməd peyğəmbərin vaxtında yaşından və cinsindən asılı olmayaraq peyğəmbərimizi görmüşsə, ya onunla danışmışsa, yaxud onlar peyğəmbərimizin sağlığında iman ilə vəfat etmişlərsə onlara səhabi deyilir.
Səhabi söhbətdə iştirak edən, yoldaş mənasındadır. Peyğəmbərimizi görüb onun sağlığında imana gəlməyən, onun vəfatından sonra imana gələn, eləcə də müsəlmən ikən sonra mürtəd olan (sonra müsəlmənlıqdan çıxan) səhabi deyil. ƏSHABİ-KİRAM dini hökmlər baxımından ən mötəbər şəxslərdir. Onlar Qurani Kərimi peyğəmbərimizdən öyrəni bsonrakılara öyrətmişlər və açıqlamışlar. Peyğəmbərimizin söylədikləri və etdikləri haqqında bilgiləimiz onların gördükləri və istinad etdiklərinə söykənir. Əshabi-Kiramın söylədikləri hökmllər hədisi şərifin əsasını təşkil edir. İslamiyyət alimlərinin söz birliyi əshab zamanında tam və mükəmmlə şəkildə gerçəkləşmişdir. Əhli-sünnət alimləri Əshabi Kiramın 3 üstünlük səviyyəsini müəyyən etmişlər: 

1. MÜHACİRlər. 

Məkkə şəhəri alınmazdan öncə Məkkədən və başqa yaşayış yerlərindən vətənlərini, yaxınlarını tərk edib Mədinəyə hicrət edənlər. Bunlar iman gətirib Məhəmməd peyğəmbərimizin yanına köçənlər və ya Məhəmməd peyğəmbərin yanına köçüb orda iman gətirənlərdir.

2. ƏNSARlar.

Mədinə şəhərində və ya bu şəhərə yaxın yerlərdə və Evs ilə Həzrəc adlə iki ərəb qəbiləsindən olan müsəlmanlara ənsar deyilir. Çünki peyğəmbərimizə hər cür yardım və fədakarlıq göstərəcəklərinə söz vermiş və sözlərinə əməl etmişlər. 
3. Digər ƏSHABİ KİRAMlar:
Məkkə şəhəri alındığı vaxt və sonrakı dövrlərdə Məkkədə və başqa yerlərdə imana gələnlərdir. Onlar mühacir və ənsar adlanmır. 

ƏSHABİ KİRAMın ən üstünləriaşağıdakı ardıcıllıqladır: 

- Peyğəmbərikizin 4 xəlifəsi, - Cənnətlə müjdələnmiş (Aşerei mübəşşər) 10 adam, 
- ilk müsəlman olan 40 adam
- Bədr savaşında iştirak edən 313 adam. 
- Uhud savaşında iştirak edən700 qəhrəman, 
- Hicrətin 6-cı ilindəağacın altında "öldü var, döndü yox" deyən 1400 adam. Bu sözləşməyə Biəti Ridvan deyilir. 
ƏSHABİ KİRAMın sayı:
Məkkə fəthində 10 min, Tebük savaşında 70 min, vida həccində 90 min, peyğəmbərimiz vəfat etdiyi zaman 124 mindən çox səhabi olmuşdur.

İnform.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: