|
Çempionlar Liqasının finalına yüksələn "Real" klubu "Arsenal"ın rekordunu təkrarlayıb. Madrid təmsilçisi buna "Mançester Siti" ilə yarımfinalın cavab görüşündə nail olub. Öz meydanında rəqibinə 1:0 hesabı ilə qalib gələn "kral klubu" bu dəfə də qapısının toxunulmazlığını qoruyub. Bununla da, cari mövsüm turnirdə qol buraxmadığı oyunların sayını 10-a yüksəldən "Real" "Arsenal"ın rekorduna şərik olub. Qeyd edək ki, "Arsenal" 2005/2006 mövsümündə Çempionlar Liqasının 10 oyununda qapısının toxunulmazlığını qoruyub. Cia.az
|


