|
"Mançester Yunayted" klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadıb. Cia.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar hücumçu Markus Reşford və müdafiəçi Kemeron Burtuik-Ceksondur. Hər iki futbolçu 2020-ci ilə qədər Mançester təmsilçisinin şərəfini qoruyacaq. Reşford "Mançester Yunayted"də həftəsinə 25 min funt qazanacaq. Cia.az
|


