banner
banner

İdman

"Bu möcüzənin bir adı var - əmək" - Peleqrini

"Bu möcüzənin bir adı var - əmək"

"Mançester Siti" klubunun baş məşqçisi Manuel Peleqrini maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, çilili mütəxəssis komandasının möcüzə sayəsində yenidən çempionluq uğrunda yarışa qoşulduğunu bildirib:

"Çelsi" bu haqda düşünür, bilmirəm. Üç həftə öncə "Çelsi"dən 9 xal geri qalırdıq. Hətta Çempionlar Liqası zonasını da tərk etmək təhlükəsi ilə üzləşmişdik. Ancaq indi xallarımız bərabərdir. "Mançester Siti"ni Serxio Aquerodan asılı komanda kimi tanıyırdılar. Lakin bunun belə olmadığını göstərdik. Biz bunu möcüzə sayəsində bacardıq. Amma həmin möcüzənin adı var - əmək. Böyük əmək sərf etməklə istəyimizə nail olduq".

Qeyd edək ki, "Mançester Siti" klubu Premyer Liqada geridə qalan 17 turdan sonra klubu 39 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala malik olan "Çelsi" rəqibindən bir oyun az keçirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.