banner
banner

İdman

"Qəbələ" Gürcüstandan heç-heçə ilə qayıdır

"Qəbələ" Gürcüstandan heç-heçə ilə qayıdır

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Qəbələ” iyunun 16-da start verdiyi hazırlıqlarını başa vurub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” toplanışı 3-cü yoxlama oyunu ilə yekunlaşdırıb. 

Roman Qriqorçukun komandası  hazırlıqların son günündə Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib. İyunun 22-də rəqibini 4:0 hesabı ilə məğlub edən “Qəbələ” bu dəfə qollu heç-heçə ilə kifayətlənib. Təmsilçimiz matçın 20-ci dəqiqəsində hesabı açıb. Gürcüstan klubunun qapısına yeni transfer Nika Kvekveskiri yol tapıb. Bu qoldan 15 dəqiqə sonra meydan sahibləri hesabda tarazlıq yarada bilib – 1:1. Oyundan sonra komanda Bakıya qayıdıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə görüşəcək “Qəbələ” qonşu ölkədə 3 yoxlama matçı keçirib. “Qırmızı-qaralar” “Sioni”ylə qarşılaşmalaradək (4:0, 1:1) Qorinin “Dila” klubu ilə (2:0) üz-üzə gəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.