Zdenek Zemanla yollarını ayıran "Kalyari" klubunun yeni baş məşqçisi bəlli olub.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, A Seriya təmsilçisini Canfranko Zola çalışdıracaq.
Klubdan verilən açıqlamaya görə 48 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Zolanın son komandası İngiltərənin aşağı divizion təmsilçisi "Uatford" klubu olub.
Qeyd edək ki, "Kalyari" A Seriyasında geridə qalan 16 turdan sonra 12 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.