Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Baltsan" cavab oyununa hakim təyinatları açıqlanıb.
Qol.az-ın Bakı klubunun saytına istinadən yaydığı xəbərə görə, görüşün baş hakimi ukraynalı Yaroslav Kozik olacaq. Ona həmyerliləri – Yevgeni Xalamendik və Viktor Matyaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikola Balakin yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 7-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Baltsan” oyunu saat 20:00-da başlanacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.