banner
banner

İdman

Türk derbilərinə baxanlara şad xəbər

Türk derbilərinə baxanlara şad xəbər
Türkiyə Klublar Birliyi Vəqfi sədri Göysəl Gümüşdağ tarixi bir qərar verdiklərini açıqlayıb.
 
Axar.az xəbər verir ki, Gümüşdağ “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Trabzonspor” və “Bursaspor” komandaları arasında keçirilən oyunlarda rəqib azarkeşlərin stadiona girməsini qadağan edən qanunu ləğv etdiklərini bildirib. Qərara əsasən, bundan sonra derbilərdə hər iki klubun azarkeşləri tribunlarda yerlərini ala biləcək.
 
O, iyulun 15-də baş vermiş hərbi çevrilişə cəhd hadisəsindən sonra ölkədə yaranmış birlik, bərabərlik və qardaşlığın stadionlarda da olmasını istədikləri üçün belə bir qərar verdiklərini deyib.
 
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası 2011-ci ildə yüksək gərginliklə keçən derbilərdə rəqib komandanın azarkeşlərinin stadiona girişini qadağan etmişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.