UEFA Avropa Liqasında qrup mərhələsinə start verilir.
Qol.az-ın məlumatına görə, 2016/17 mövsümündə qrup mərhələsinin ilk görüşü Bakıda keçiriləcək. “Qarabağ” Çexiyanın “Slovan” klubunu sınağa çəkəcək. Ağdam klubu ardıcıl üçüncü dəfə Avroliqanın qrup mərhələsində yarışır. İlk 2 halda qrupda qalan Qurban Qurbanovun komandası bu dəfə növbəti mərhələni hədəfləyir. Bu səbəbdən də “Qarabağ” “Slovan”la görüşdə qələbə qazanmaq əzmindədir. 15 sentyabr
UEFA Avropa Liqası, qrup mərhələsi
I tur 19:00. “Qarabağ” (Azərbaycan) - “Slovan” (Çexiya) Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə) Hakim-İnspektor: Vladimir Antonov (Moldova) UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan) "Dalğa Arena"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.