|
"Nitsa"nın futbolçusu Mario Balotelli "Napoli"yə transfer olunacağı iddialarına münasibət bildirib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Fransa klubundan ayrılmağı düşünmədiyini deyib: "Mən Neapolu sevirəm. Qızım da orada yaşayır. Amma hal-hazırda İtaliyaya qayıtmağı düşünmürəm. Bütün diqqətimi "Nitsa"ya yönəltmişəm. Komandam Fransa çempionu olsa, vertolyotla şəhərin üzərində uçacağam". Qeyd edək ki, M.Balotelli bu il "Milan"dan "Nitsa"ya transfer olunub. Cia.az
|


