Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir. Ağdamın "Qarabağ" klubu Çexiyanın "Slovan" kollektivinin qonağı olub. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib və komandamız böyük hesabla məğlub olub. Rəqibin oyunçusu Evqon Vux 11-ci dəqiqədə baş zərbəsi ilə hesabı açıb. Rəqib ikinci hissəyə də fəal başlayıb. "Slovan"ın oyunçusu Nikolay Komliçenkonun 57 və 63-cü dəqiqələrdə vurduğu qollar komandasına 3:0 hesablı qələbə qazandırıb.
Qurban Qurbanovun komandası Bakıya xalsız dönsə də, turnir cədvəlindəki mövqeyini qoruyub saxlayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.