Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Ərsun Yanalın komandası H qrupunun 3-cü turunda doğma meydanda "Kızılcabolikspor"la qarşılaşıb. Matç "Trabzonspor"un 5:0 hesablı qələbəsi ilə başa çatıb.
"Trabzonspor" - "Kızılcabolukspor" - 5:0 Qollar: Mustafa Yumlu, 10, Guray Vural, 30, Abdulkadir Omur, 35, Yusuf Yazici, 61-pen, 84
Millimizin futbolçusu R.Şeydayev sözügedən qarşılaşmada iştirak etməyib. O, 18-likdə yer almayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.