"İlk oyun üçün kifayət qədər normal oynadıq. Hər iki hissədə meydana fərqli heyətlə çıxdıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze Qazaxıstanın “Ordabaşı” klubu ilə keçirilən yoxlama oyunundan sonra deyib.
Gürcüstanlı mütəxəssis qolsuz heç-heçə başa çatan matçı belə şərh edib: “Zurab Xizanişvili istisna olmaqla, hamıya şans verdik. Müdafiədə çox ciddi oynadıq, demək olar, səhvə yol vermədik. Bütövlükdə ilk yoxlama matçından razı qaldım".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.