İngiltərə Premyer Liqa təmsilçilərindən olan "Aston Villa" klubu cəzalandırılıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Birmingem təmsilçisinin futbolçularının "Lester"lə görüşdəki qeyri-etik davranışları səbəb olub.
Həmin matçın əlavə edilmiş dəqiqələrində iki komandanın futbolçuları arasında mübahisə yaranmış və görüşün baş hakimi hər klubdan bir oyunçunu meydandan qovmuşdu. İngiltərə Futbol Federasiyası futbolçuların səbirsiz davranışları səbəbindən "Aston Villa"nı 60 min funt məbləğində cərimələyib.
Qeyd edək ki, "Lester" - "Aston Villa" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.