banner
banner

İdman

Rəfael Ağayev qızıl medal qazandı

Rəfael Ağayev qızıl medal qazandı

Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar. Cia.az xəbər verir ki, kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbası 4:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Mükafatlandırma mərasimində idmançımıza qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Rəfael Ağayev səkkizdəbir finalda Türkiyə təmsilçisi Erman Eltemer üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda Səudiyyə Ərəbistanı idmançısı Sultan Əl Zəhranini 7:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. R.Ağayev yarımfinalda Malayziya təmsilçisi Şarmendran Ragonathanı 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Karate ilə məşğul olmağa yeddi yaşında başlayan Rəfael Ağayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O, beşqat dünya, onqat Avropa çempionudur. R.Ağayev 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qızıl medalına yiyələnib. O, Dünya Oyunlarının birincisi, eləcə də Primer Liqaların (WKF) beşqat qalibi olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.