banner
banner

İdman

“Qarabağ” Polşa liderini məğlub etdi

“Qarabağ” Polşa liderini məğlub etdi

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 4-cü yoхlama oyununu keçirib.

ANS PRESS xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Polşa klubu ilə oyunda sınayıb.

Belə ki, "Qarabağ”ın rəqibi “Legia” olub. Oyun Azərbaycan çempionun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Reynaldo Silva və Cavid Tağıyev fərqlənib. Bu təmsilçimizin Antalyada ilk qələbəsi olub.

Qeyd edək ki, norveçli mütəхəssis Henninq Berqin başçılıq etdiyi “Legia” qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanıb.

“Qarabağ” bundan əvvəl Antalyada 3 oyun keçirib. “RNK Split”ə (Xorvatiya) 1:3, “Levski”yə (Bolqarıstan) 0:3 hesabı ilə yenilən komanda “Sürix”lə (İsveçrə) “sülh” bağlayıb - 1:1. Ağdam klubu yanvarın 29-da “Mordoviya” (Rusiya), 31-də “Tarqu Mureş”lə (Ruminiya) qarşılaşacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.