Rio Yay Olimpiya Oyunlaının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında uğursuzluğa düçar olub.
Cia.az-ın xəbərinə görə, mübarizəyə 1/4 finaldan başlayan güləşçimiz Akrem Bucemlinlə (Əlcəzair) qarşılaşmada vaxtından əvvəl qələbə qazanaraq (8:0) yarımfinala yüksəlib.
1/2 finalda isə o, İran güləşçisi Məhəmmədəli Gərayi (İran) ilə görüşüb və 5:6 hesabı ilə uduzaraq finala çıxa bilməyib. R.Çunayev bundan sonra yalnız üçüncü yer uğrunda yarışacaq.
Xatırladaq ki, R.Çunayev bu yarışın əsas favoritlərindən hesab edilirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.