İspaniyanın “Atletik” klubu baş məşqçisi Ernesto Valverde ilə yolları ayırıb. Cia.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, Valverde Bilbao klubunda işlədiyi 4 ildə komandanı son 16 ildə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb, həmçinin 2015-ci ildə ölkə kuboku və superkubokunu qazanıb. O, Luis Enrikenin gedişindən sonra “Barselona”nın baş məşqçisi vəzifəsinə əsas namizəd sayılır
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.