banner
banner

İdman

Cavid Çələbiyev 1/8 finalda, Kamran Şahsuvarlının rəqibi bilindi

Cavid Çələbiyev 1/8 finalda, Kamran Şahsuvarlının rəqibi bilindi

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı davam edir. 
Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, yarışın 3-cü günündə millimizin 2 üzvü rinqə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Edqaras Skurdelislə (Litva) üz-üzə gəlib. Qarşılaşma dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Çələbiyev rəqibini 4:1 hesabı ilə məğlub edib.

O, 1/8 finalda fransalı Sofian Oumiha ilə gücünü yoxlayacaq. Görüş iyunun 20-də baş tutacaq.

Çələbiyevdən fərqli, Eldar Quliyevin (81 kq) debütü uğurlu alınmayıb. 1/8 finala gedən yolda Müslim Hacımaqomedovla (Rusiya) qarşılaşan gənc boksçumuz 0:5 hesabı ilə məğlub olub.

Bu gün daha bir təmsilçimiz - Kamran Şahsuvarlının (75 kq) da ilk rəqibi bilinib. Birinci mərhələdən azad olan Olimpiya mükafatçımız 1/8 finalda Emmet Brennanla (İrlandiya) mübarizə aparacaq. Onun rəqibi polşalı Bartoş Qolebiyevskiyə qalib gəlib – 3:2.

Şahsuvarlı Brennanla iyunun 20-də qüvvəsini sınayacaq

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.