Bu gün Konfederasiyalar Kuboku - 2017-də daha iki oyun keçirilib.
Qol.az-ın xəbərinə görə, B qrupunda əvvəlcə Kamerun Avstraliya millisi ilə üz-üzə gəlib. Matç bərabərliklə başa çatıb - 1:1.
Günün digər görüşündə isə DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Almaniya yığması Çili ilə qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, Almaniya və Çili ilk oyunda qələbə qazanıb, Kamerun və Avstraliya isə məğlub olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.