"Sampdoriya"nın yeni transferi Samuel Eto'o komandanın baş məşqçisi Sinisa Mihayloviçlə problem yaşayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, A Seriyasının son turunda səfərdə "Torino"ya 1:5 hesabı ilə uduzan "Sampdoriya"nın çalışdırıcısı cəza olaraq komandanı bir gündə iki məşqə çıxarıb.
Lakin səhər məşqinə çıxan kamerunlu futbolçu günortadan sonra baş tutan məşqə qatılmaqdan imtina edib. Eto'o klubun bazasını özbaşına tərk edərək hər kəsi təəccübləndirib. Onun bu hərəkətinə görə cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, 33 yaşlı futbolçu qış transfer pəncərəsi dönəmində "Everton"dan "Sampdoriya"ya keçib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.