"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Sami Xedira karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Qol.Az-ın "sport1.de"yə istinadən verdiyi məlumata görə, almaniyalı futbolçu ilə "Bavariya"nın maraq dairəsinə düşüb.
Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola Xediranı komandasında görmək istəyir. Lakin ispaniyalı mütəxəssis "Real"ın start heyətində möhkəmlənəcəyi təqdirdə Xediranı transfer edəcəklərini açıqlayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu ilə "Şalke" və "Volfsburq" klubları da yaxından maraqlanır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.