“Vilyareal”ın futbolçusu Karlos Bakka sabiq komandası “Milan” haqda danışıb.
Qol.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatına açıqlama verən 31 yaşlı hücumçu tarixin ən pis “Milan”ında oynadığını deyib:
“Milan”da keçirdiyim illər şəxsi karyerama görə pis alınmadı. Ümumi komandamız da yaxşı olsaydı, daha böyük uğurlar qazana bilərdik. Tarixin ən pis “Milan”ının üzvü idim”.
Qeyd edək ki, bu mövsüm İspaniya klubunun heyətində 9 oyuna çıxan kolumbiyalı futbolçu 2 qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.