banner
banner

İdman

"Bakıda qoyun əti yeməkdən bezmişəm" - Riçard Almeyda

"Bakıda qoyun əti yeməkdən bezmişəm" -

“Azərbaycan millisində Şimali İrlandiyaya qarşı oyunla debüt etdim. Başqa yığmada oynasam da,  özümü rahat hiss edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin və “Qarabağ”ın futbolçusu Riçard Almeyda Braziliya mətbuatına deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, millimizdə oynamaqdan məmnundur: “Mənə, həm “Qarabağ”da, həm də millidə kifayət qədər yaxşı hörmət var. Maliyyə baxımından da burada xoşbəxtəm. Amma xoşbəxtliyim təkcə pula görə deyil. Ailəm və yaxınlarım üçün da Bakıda yaşamaq çətin deyil. Buranın insanları təvəzökardır və xarici vətəndaşlara daim kömək etməyə hazırdırlar”.

Riçard komandamızın DÇ-2018-in seçmə mərhələsinin son oyununda Almaniyaya 1:5 hesablı uduzduqları matç barədə də danışıb: “Almaniya dünya çempionatının yarımfinalında Braziliyanı 7:1 hesabı iə udmuşdu. Həmin vaxt hamı onu yuxu sayırdı, amma gerçək idi. Almaniya ilə oyundan sonra komanda yoldaşlarıma biz 5-ni buraxdıq, Braziliya 7 qol buraxmışdı dedim.  “Qarabağ”la isə “Çelsi” kimi böyük komandaya qarşı oynamaq imkanım var. Bu xəyallardır və gerçəkləşir. Çempionlar Liqasında çıxış etmək başqa hisdir”.

R.Almeyda onu da qeyd edib ki, ingilis dilini bilmədiyim üçün Azərbaycanda əvvəl problemlərlə üzləşib: "Tərcüməçim də olmadığı üçün “google translate”dən istifadə edirdim. Lakin uyğunlaşma dövrü sürətlə keçdi və özümü indi əla hiss edirəm. Futbolunsa dili yoxdur. Meydana çıxıb oynamalısan. Burda ən böyük problemim ətlə bağlıdır. Ən çox istifadə edilən qoyun əti yeməkdən bezmişəm”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.