Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib. Kubokun son finalçısı "Qəbələ" öz meydanında "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Günün digər matçında isə son üç mövsümdə kubokun qalibi olan "Qarabağ" "Sumqayıt"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 14-15-də olacaq.
11 dekabr (bazar ertəsi)
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
19:00. “Qarabağ” – “Sumqayıt” - 2:1 Qollar: Rəşad Eyyubov, 24 (0:1), Riçard Almeyda, 57 (1:1), Pedro Enrike, 85 (2:1) Qırmızı vərəqə: Fərhad Vəliyev, 88 ("Sumqayıt") Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov “Azersun Arena”
16:00. “Qəbələ” – “Səbail” - 1:0 Qol: Stiven Monroz, 59 Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov Qəbələ şəhər stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.