Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo siyasətə qoşulmaq niyyətindədir. Veteran futbolçu 2018-ci ildə keçiriləcək Braziliya senatına namizədliyini irəli sürməyə hazırlaşır. O, Mias-Jerays vilayətindən Sosial-Xristian Partiyasından senata seçilmək istəyir. Ronaldinyo namizədliyini hələ rəsmən açıqlamasa da, Braziliyanın növbəti prezident seçkilərində iştirak edəcək Sosial-Xristian partiyasının rəhbəri Jair Bolsonaronun komandasında sabiq futbolçunun da adı var.
Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illər aralığında oynadığı "Barselona"nın səfiri kimi çalışır
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.