"Liverpul" qış fasiləsində ilk transferini gerçəkləşdirib. "qırmızılar" "Sauthempton"dan Virqil van Deyki heyətinə qatıb. Hollandiyalı müdafiəçi ilə rəsmi müqavilə imzalanıb. Mersisaydlılar bu keçidə görə qarşı tərəfə 75 milyon avro təzminat ödəyib ki, bu da dünya futbolunda müdafiəçi üçün rekord məbləğdir. Qeyd edək ki, 26 yaşlı futbolçu ilə "Mançester Siti" də yaxından maraqlanırdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.