"Rüfət Dadaşov başqa kluba keçsə…" – "Dinamo"nun meneceri
Millimizin üzvü Rüfət Dadaşov iddialı klublardan təklif alıb. Bunu "berliner-kurier.de" saytına açıqlamasında futbolçunun çıxış etdiyi Berlin "Dinamo"sunun meneceri Deni Kukulis deyib. Ancaq o, Rüfətin hazırkı komandasında qalmağının tərəfdarı olduğunu bildirib: "Başa düşürəm, Rüfət daha yuxarı səviyyədə oynamaq istəyir. Bunun üçün onun yaxşı potensialı var. Ancaq gərək, əvvəlcə burada özünü tam sübut etsin və nəyə qadir olduğunu bilsin. Nəzərə alsın ki, "Dinamo"da ona daim dəstək olan yaxşı ətrafı var. Bu, futbolçu üçün çox vacibdir. Başqa kluba keçsə, hər şeyə yenidən başlamalı olacaq".
Qeyd edək ki, Dadaşov cari mövsüm "Dinamo"nun heyətində Almaniyanın Şimal-Şərq Regional Liqasında 16 qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.