Jerar Deulofeu qış transfer pəncərəsi zamanı “Barselona”nı tərk edə bilər.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “İnter” 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
İspan futbolçu cari mövsüm La Liqada 9 oyunda forma geyib və 1 qol vurub. 2 klub arasında razılıq əldə olunsa, “İnter” Deulofeunu 2 illik icarəyə götürəcək.
Qeyd edək ki, Jerar Deulofeu ötən mövsüm icarə əsasında “Milan”da çıxış edib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.