banner
banner

İdman

"Qəbələ" "Sürix"lə qarşılaşacaq

"Qəbələ" "Sürix"lə qarşılaşacaq

"Qəbələ" futbol klubu qış təlim-məşq toplanışına start verib.

Trend kluba istinadən məlumat verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin 2017-ci il dekabrın 15-də keçirilən "Səbail"lə səfər matçından sonra istirahətə buraxılan "qırmızı-qaralar" bu gündən bir araya gəlib.

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşmaq üçün qonşu Türkiyəyə yollanıb. Antalya şəhərində hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. Komanda yanvarın 5-dən 17-dək davam edəcək ilk mərhələdə üç yoxlama oyunu keçirəcək. "Qəbələ" yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə, 14-də Qazaxıstanın "Atırau" komandası ilə, 17-də isə İsveçrə təmsilçisi "Sürix"lə qarşılaşacaq.

Üç günlük istirahətdən sonra yanvarın 21-də yenidən bir araya gələcək “qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. İkinci mərhələdə komanda 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, 27-də Rusiyanın “Arsenal”, 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək qəbələlilər fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə üz-üzə gələcəklər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.