“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 10-cu gününü başa vurub. Komanda günü axşam məşqi ilə yekunlaşdırıb.
Günün yeganə hazırlığı meydançada baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.