Avropa çempionatının 1/4 final mərhələsində bu gün keçirilən Portuqaliya – Azərbaycan oyunundan qalmaqal baş verib. İnsident 28-ci dəqiqədə yaşanıb. Millimizin futzalçısı Ramiz Çovdarovun oyunda het-trik edən Rikardinyoya qarşı kobud oyunundan sonra baş verib. Bu zaman rəqib komandanın kapitanının simulyasiya etdiyini düşünən millimizin ehtiyat oyunçuları ona etiraz ediblər. Nəticədə Rikardinyo ilə onların arasında narazılıq yaşanıb.
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məsələyə müdaxilə edərək, Rikardinyonu əli ilə itələyib. Tərəflər arasında gərginlik yaşansa da, aranı sakitləşdirmək mümkün olub.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb