Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə 1 qarşılaşma keçirilib.
“Qalatasaray” öz meydanında “Konyaspor”u qəbul edib. Konyada keçirilən ilk matçda qalib aşkarlanmamışdı. Bu dəfə isə üstün olan “Qalatasaray” adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinalda “Cim-Bom”un rəqibi “Akhisar Genclik Spor” olacaq. Final uğrunda mübarizə aparacaq digər cütlük isə “Beşiktaş” və “Fənərbaxça”dır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.