"Volfsburq"un baş məşqçisi Martin Şmidt istefa verib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 50 yaşlı mütəxəssisin istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul edilib. Onun komandanın son oyunlarındakı nəticələri səbəbindən istefa verdiyi bildirilir.
Qeyd edək ki, "Volfsburq" hazırda Almaniya Bundesliqasında 24 xalla 14-cü pillədə qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.