banner
banner

İdman

“İstənilən rəqibi məğlub edə bilərik” – Emin Mahmudov

“İstənilən rəqibi məğlub edə bilərik”

“İlk qolu buraxandan sonra həvəsdən düşmədik. Əsl xarakter nümayiş etdirdik. Bilirdik ki, birlikdə mübarizə apardığımız zaman istənilən rəqibi məğlub edə bilərik”.

Bu sözləri Topaz Premyer Liqanın 18-ci turunun “Qəbələ” ilə oyunundan sonra jurnalistlərə açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov deyib.

 2:1 hesablı səfər qələbəsindən danışan təcrübəli futbolçu qol ilk qolda məhsuldar ötürmə ilə yadda qaldığı epizodu şərh edib: "Rəqibin topu auta atmağa hazırlaşdığını gördüm. Topu ondan almağa nail oldum və hər şey yaxşı alındı. Nəticədə də qol vurduq. Həmin epizodda kimin günahkar olduğunu deyə bilmərəm”.

E.Mahmudov bundan əvvəlki oyunlarda komandasının inamsız təsir bağışlamasının səbəblərini də açıqlayıb: “Bizə heç nə mane olmur. Sadəcə, hərdən xarakter nümayiş etdirə bilmirdik. Qol buraxan kimi həvəsdən düşürdük. Bu dəfə isə göstərdik ki, hesabda geridə olarkən belə oynaya bilirik”.

Milli komandamızın da şərəfini qoruyan futbolçu fasilədə Tərlan Əhmədovun tapşırıqlarının qələbədə həlledici rol oynadığını söyləyib: "Baş məşqçi fasilədə bəzi iradlarını bildirdi. Həmçinin bizi ikinci hissəyə köklədi. İkinci hissədə onun istədiyi kimi oynadığımız üçün qələbə qazandıq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.