banner
banner

“Ayağısürüşkən” olmaq arzusu

“Ayağısürüşkən” olmaq arzusu
Yazar: Raminə Eyvazqızı

Bizimkilər yenə də avropalaşmaq üçün yola çıxıblar. Maşallah, “sevgili” kəlməsini də elə yaxşı qavrayıblar ki. İndi “sevgili”sözü dahilər-Nizami, Fizulinin şeirlərindəki qədər xoş, şirin səslənmir. Tək gənclər, ikinci baharını yaşayanlar “halalca” sevgili olmurlar. Ailəli ola-ola gözü sevgili axtaranların abır-həyası qalmayıb. Bizim eldə istədiyinlə oturub qalxmaq, pul cibini deşəndə kənarda aşna saxlamaq kişi cinsinə məxsusdur.

Yəni, bizim kişilərin bu iş üçün xeyir-duası doğulandan verilib. İndi vəziyyət qadınların xeyirinə dəyişib. Bu xeyir də utancvericisindəndi. Hazırda bəzi (dönə-dönə qeyd edirəm, söhbət bir qisim qadından gedir)evli xanımlar kənarda onu sığallayan birini axtarmağa başlayıblar. Hətta bir qismi alfons-qadın hesabına yaşayan gəncləri özünə sevgili edir. Başımıza xeyir. Hələ bunu “xoşbəxtçilik” də adlandırırlar. Belələrinə qibtə ilə baxanlar da var. “Filankəsin sevgilisi var”, “necə də ərindən qorxmur”, “ölmüş sevgilisi üçün bəzənib”, “əri ilə sevgilisini bir yerdə idarə edir” və s. kimi gəzişən söhbətlər adamın ürəyini bulandırır. Bu yaxında qadın salonunda dediklərimin nümunəsini gördüm. Həyat yoldaşı xaricdə olan uşaqlı gənc qadın sevgilisi üçün bəzənirdi. Məni qənaətimə görə qınayanlar, daşlayanlar olacaq. İnanın ki, bunları bölüşmək belə adama utanc verir. Bizim qadınlar nə vaxt özlərini itirdilər? Əxlaqı yüngül, gəzəyən, özünə sponsor axtaran qrupu demirəm ha. Onlar hər zaman vardı, indi də cəmiyyətin üz qarası olaraq onu çirkləndirməyə davam edirlər. Sözüm ailəli, uşaqlı qadınların bu yolu haqq yolu seçib adam arasında fərəhlənməyindən gedir. “Mən bir kişiylə qala bilmərəm”, “mən diqqət istəyirəm” kimi arzularla sevgili axtarışına çıxmağı az qala doğru yol kimi təqdim edirlər. Canında bu xüsusiyyət varsa, belə qadının öhdəsindən heç kəs gələ bilməz. Yaxşı bilirik ki, son on ildə informasiya texnologiyalarının sürətlə inkişafı da belə istəklərin cücərməsinə şəarit yaradıb. Sosial şəbəkə və ya mobil xidmətlər yolu ilə evli qadınlar öz ailəsindən kənarda məcəralar axtarmağa başlayıb. Bəzisi buna lap peşəkarcasına nail olur, bəzisi özünü tez ələ verir, çirkinləşən vəziyyət ailələrin dağılmasına gətirib çıxarır. Bir faktı da nəzərinizə çatdırım. “Təmiz dünya” qadınlara yardım Ictimai Birliyinin rəhbəri hörmətli Mehriban xanım Zeynalovanın sosial şəbəkədə belə bir qeydi vardı. Bu yaxında Mehriban xanıma gənc qadın müraciət edib. Həmin “dərd”li qadının sözləri təxminən belə olub. “Hamının sevgilisi var. Məndən çirkin, eybəcər qadınlar özünə sevgili tapa bilir, bəs mən niyə tapa bilmirəm.” Görün də, indi cəmiyyətin başına necə kül olubsa, normal ailəsi olan insanın ağlından əxlaqsızlıq etmək arzusu keçir. “Ayağısürüşkən” olmaq istəyi ilə yanıb-yaxılır. Əcəb sözdü, “ayağısürüşkən”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: