Çempiolar Liqasında 1/4 finalın daha 2 iştirakçısı bu gün müəyyənləşəcək.
Qol.az-ın məlumatına görə, 1/8 finalın cavab oyunları çərçivəsində keçiriləcək hər iki matç İngiltərədə baş baş tutacaq.
Əsas diqqətlər Londona yönələcək. “Tottenhem” “Yuventus”la üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən ilk görüşdə qalib aşkarlanmayıb - 2:2. Meydan sahiblərini bu gün qolsuz bərabərlik də qane edir. Amma son 3 ildə 2 dəfə ÇL-də final oynayan “Yuventus”un asanlıqla təslim olmayacağı dəqiqdir.
Mançesterdəki matç isə formal xarakter daşıyır. Səfərdə “Bazel”i darmadağın edən “Siti”nin bu dəfə tam gücü ilə mübarizə aparmayacağı dəqiqdi.
7 mart
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
"Tottenhem" (İngiltərə) - "Yuventus" (İtaliya)- 1:2 Qol: Son Henq-Min, 39 (1:0), İquain, 64 (1:1), Dibala, 67 (1:2) İlk oyun - 2:2
"Mançester Siti" (İngiltərə) - "Bazel" (İsveçrə) - 1:2 Qol: Qabriel Xesus, 8 (1:0), Məhəmməd Elyunussi, 17 (1:1), Miçel Lanq, 71 (1:2) İlk oyun - 4:0
6 mart
PSJ (Fransa) – “Real” (İspaniya) 1:2 İlk oyun – 1:3
“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) 0:0 İlk oyun – 5:0
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.