banner
banner

İdman

“Ramil yayda “Trabzonspor”a dönəcək” – Rza Çalımbay

“Ramil yayda “Trabzonspor”a dönəcək”

Xəbər verdiyimiz kimi, Türkiyənin “Trabzonspor” klubuna UEFA tərəfindən transfer qadağası qoyulub. Klub yay “transfer pəncərəsi”ndə heyəti gücləndirə bilməyəcək.

Bu vəziyyətdə müqavilə ilə Qaradəniz təmsilçisinə məxsus olan, icarə əsasında “Qarabağ”da çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Super Liqa klubuna dönmək şansı yaranacaq.

Bununla bağlı “Trabzonspor”un baş məşqçisi Rza Çalımbay açıqlama verib. O, Ramilin Trabzon klubuna dönmək şansının olduğunu bildirib: “Əlbəttə, Ramil mövsümün sonunda bizim komandaya dönəcək. Çünki müqavilə ilə bizə məxsusdur. Oynamasına gəlincə, bunu indidən deyə bilmərəm. Komandada yaxşı məşq edib özünü göstərə bilsə, növbəti mövsüm üçün heyətdə qalacaq”.

Çalımbay Ramilin yenidən icarəyə verilmə şanslarını isə belə dəyərləndirib: “Bu barədə hələ ki, danışacağıq. Vəziyyətə baxacağıq”.

“Ramil Şeydayevi “Qarabağ”da izlədinizmi” sualına təcrübəli mütəxəssis belə cavab verib: “Hər zaman diqqətimizdədir”.

Baş məşqçi komandadan heç bir futbolçunun göndərilməyəcəyini bildirib: "Transfer cəzasına görə heç bir futbolçu burdan getməyəcək"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.