banner
banner

İdman

"Roma" "Şaxtyor"a, "Mançester Yunayted" "Sevilya"ya qarşı

"Roma" "Şaxtyor"a, "Mançester Yunayted" "Sevilya"ya qarşı

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.
Bu gün keçiriləcək görüşlərlə daha iki 1/4 finalçı müəyyənləşəcək.
"Qarabağ"ın yer aldığı qrupu lider kimi başa vuran "Roma" öz meydanında "Şaxtyor"la qarşılaşacaq. "Canavarlar" Donetskdə keçirilən ilk görüşdəki 1:2 hesablı məğlubiyyətə baxmayaraq növbəti mərhələyə daha şanslı hesab edilir.
Digər görüşdə isə "Mançester Yunayted" "Sevilya"nı qəbul edəcək. Ötən mövsüm Avrliqanın qalibi olan Joze Mourinyonun komandası səfərdə heç-heçə etdiyi rəqibini doğma azarkeşlər önündə məğlub etməyə çalışacaq.

Qeyd edək ki, sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.
   
 13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
İlk oyun - 1:2

 23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
İlk oyun – 0:0

 

14 mart

21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya)
İlk oyun – 0:5

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə)
İlk oyun – 1:1



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.