banner
banner

İdman

İngiltərə klubu “Qəbələ”ni dayandırdı

İngiltərə klubu “Qəbələ”ni dayandırdı

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda yarımfinal oyunları keçirilib. 
Ardıcıl 5 qələbə ilə bu mərhələyə yüksələn “Qəbələ” İngiltərənin “Uimbldon” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə görüşüb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın qoluna Elmir Hüseynli imza atıb. Finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Zərbələri daha dəqiq yerinə yetirən ingiltərəlilər 5:4 hesablı qələbə qazanıb.

“Qəbələ” aprelin 2-də keçiriləcək 3-cü yer uğrunda oyunda Sloveniyanın “Bravo” komandası ilə üz-üzə gələcək. Yarışın qalibi adı uğrunda matçda isə “Uimbldon” və İtaliya “Udineze”si mübarizə aparacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.